Türkiyədə “Qarabağ həftəsi” keçiriləcək

 Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi "Qarabağ həftəsi" çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək. 
Millət vəkili Türkiyədə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsinə həsr olunan tədbirlərdə iştirak edəcək. 
Səfər çərçivəsində  deputat Sabir Rüstəmxanlıya türk dünyası qarşısındakı xidmətlərinə görə mükafatın təqdim olunması nəzərdə tutulub.
Səfər iyulun 5-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31