Daha bir qrup hərbçi medalla təltif olunub
24 İyun 2021 17:12 SosialPrezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif olunması haqqında sərəncam imzalayıb. "Olaylar" xəbər verir ki, Ali baş komandanın Sərncamı ilə əvvəl Füzuli və Şücaətə görə medalı ilə təltif olunmuş daha bir qəhrəmanımız, Bozayranın fəxri oğullarından biri Mayor Sadiyev Ceyhun Zeynal oğlu Cəbrailin azad olunması medalı ilə təltif olunub.
Ali baş komandanın əmri ilə Bozayran kəndinin igid övladı Gizir Hərbi Həkim Həsənli Ərşad İsvəndiyar oğlu Füzulinin azad olunması; Xocəvəndin azad olunması və Şuşanın azad olunmasına görə medalları təltif olunub.
Yardımlı rayon Bozayran kəndinin fəxri igidi döyüşlərdə dəfələrlə şücaətinə görə fərqlənən Kapiran Nuriyev Sakit Seyidağa oğlu bu dəfə də Ali baş komandanın əmri ilə Qubadlının azad olunması və Xocəvəndin azad olunması medalları ilə təltif olunub. Uğurlarınız davamlı olsun!
![]()
![]()