Emin Ağlarov İsmayıllıda klip çəkdirdi - VİDEO
24 İyun 2021 10:42 SosialXalq artisti Emin Ağlarov sevənlərinə yeni klip təqdim edib.
BAKU.WS xəbər verir ki, sənətçi "Otpusti i leti" adlı mahnısını Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıda lentə aldırıb.
Bu haqda ifaçı şəxsi "Instagram" hesabında məlumat verib. Xalq artisti klipin İsmayıllıda çəkilməsinin şəxsi fikri olduğunu bildirib:
"İndiyə qədər belə bir klip çəkdirməmişdim. Ekran işinin çəkilişlərinə 3 gün vaxt sərf olunub. Klip əvvəl İsmayıllıda, daha sonra Xızıda lentə alınıb.
Çəkilişlər Azərbaycanda heç vaxt olmadığım yerlərdə çəkildiyinə görə çox xoşbəxtəm".
Qeyd edək ki, klipin rejissorluğunu Katya Yak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31