BNA əhaliyə müraciət etdi: Hər kəs oxusun!
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt və Bakıətrafı ərazilərdə tıxac yaranan yolların siyahısını açıqlayıb.
24 İyun 2021 10:29 SosialBakı Nəqliyyat Agentliyi (BNA) paytaxt və Bakıətrafı ərazilərdə tıxac yaranan yolların siyahısını açıqlayıb.
Agentlikdən verilən məlumatda bildirilir ki,
Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsin istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti),
Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti),
Binəqədi şosesi - (Əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində),
Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti),
Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində),
Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti - Köməkçi yol istiqamətində),
Qara Qarayev prospekti - (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində),
Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq yaranıb.