Ekspert: “Əslində, sığorta kartların xüsusi bir əhəmiyyəti yox idi”
23 İyun 2021 16:13 Sosial"Sosial sığorta şəhadətnamələrinin ləğvi aktual məsələ idi. Hər il DSMF tərəfindən bu şəhadətnamələrin çapına müəyyən qədər vəsait xərclənirdi". "Olaylar" xəbər verir ki, bunu deyən Əmək hüquqları üzrə ekspert Sahib Məmmədov bildirib ki, eyni zamanda işəgötürənlər də bunun uçotunu aparmali idi: "Əslində, bu kartların xüsusi bir əhəmiyyəti yox idi. Onlarla hər hansı əməliyyat aparmaq mümkün deyildi və o kartlarda heç bir informasiya saxlanılmırdı. Sadəcə, üzərindəki nömrəyə görə verilirdi. "Fərdi uçot haqqında" Qanuna və Əmək Məcəlləsinə edilən dəyişikliklə hər bir işçiyə sosial sığorta nömrəsi veriləcək. Yəni kartın üzərində qeyd edilən nömrə bundan sonra elektron nömrə ilə əvəz olunacaq. Bir şeyi vurğulamağı da vacib hesab edirəm ki, bu dəyişikliklə fərdi uçot sistemi ləğv olunmur, sadəcə sosial sığorta şəhadətnamələri dövriyyədən çıxarılır və elektron nömrə ilə əvəzlənir. Bunun bir sıra üstünlükləri də var: DSMF vəsaitlərinə qənaət olunacaq, dövlət orqanlarında bu işlərlə məşğul olan işçilərin iş yükü azaldılacaq, işəgötürənlərin işi əhəmiyyətli şəkildə asanlaşacaq. Bununla yanaşı, kartların itirilməsi və əvəzlənməsi kimi hallar da aradan qalxacaq"...