Bacısının bank hesabından 11 min manat oğurladı
23 İyun 2021 14:50 SosialGöyçayda bacısının bank hesabından 11 min manat oğurlayan qadın saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də şəhər sakini Z.Məmmədovanın bank hesabından 11.000 manat pul oğurlamaqda şübhəli bilinən bacısı F.Seyidova saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31