İntihar edən 22 yaşlı gəncin ölümü ilə bağlı müəmma - FOTOSU

Ötən gün Bakıda "Azure" biznes mərkəzində intihar edən 22 yaşlı gənclə yeni məlumatlar ortaya çıxıb.

"Ölkə.az"ın əldə etdiyi məlumata görə, Elvin Məmmədovun onlayn mərc oyunlarına çoxlu pul yatırdığı iddia edilir.

Hətta qeyd olunur ki, tanışları da bu səbəbdən Elvinə xəbərdarlıq da edib.

İntihar edən Elvin Məmmədovun ali təhsilli və kifayət qədər savadlı-dünyagörüşlü gənc olduğu bildirilir. Ötən il Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirən Elvin daha sonra təhsilini magistratura pilləsində Bakı Mühəndislik Universitetində (keçmiş "Qafqaz" Universiteti) davam etdirirmiş.

Xatırladaq ki, E.Məmmədovun intihar etməsinin səbəbi rəsmi olaraq açıqlanmayıb. 22 yaşlı gənc ölümündən əvvəl yazdığı məktubda yaşamağı bacarmadığını qeyd etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31