Bakıda 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.

Olaylar.az xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasının avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31