Oğlu ilə mübahisə edən qadın özünü asdı

Şəmkir rayonunda 41 yaşlı qadın özünü ağacdan asaraq intihar edib.

Olaylar.az-ın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

Şəmkir rayon sakini, 41 yaşlı Samirə Quliyeva yaşadığı evin həyətində ağacdan özünü asaraq intihar edib. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb.

İlkin məlumatlara görə, qadın oğlu ilə mübahisə edib və daha sonra özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31