İyunun 28-dək həftəsonları ictimai nəqliyyat işləməyəcək
26 May 2021 17:49 Sosialİyunun 28-dək həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31