Metronun açılması tıxacların azalmasına səbəb ola bilər? - AÇIQLAMA
26 May 2021 15:37 SosialBakı Metropolitenində sərnişindaşımanın bərpa olunması paytaxtda nəqliyyatda sıxlığın azalmasına müəyyən dərəcədə öz təsirini göstərəcək.
Olaylar.az bildirir ki, bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, ilk növbədə metro stansiyalarının olduğu istiqamətlərdə sərnişin axını tənzimlənəcək:
"Metronu əvəzləyən avtobuslar əvvəlki marşrutlarına qayıdacaqlar və marşrut xəttlərində vəziyyət yüngülləşəcək. Ancaq nəzərə almalıyıq ki, karantinlə bağlı bir sıra digər məhdudiyyətlər də yumşaldılır. Tədris bərpa olunur, dini ibadət yerləri, idman zalları açılır. Bütün bunlar o deməkdir ki, insanların aktivliyi də artacaq. Ona görə də metronun açılmasının tıxacları aradan qaldıracağını demək olmaz. Sadəcə müəyyən dərəcədə vəziyyət yaxşılaşacaq.Taksidən, fərdi avtomobillərdən istifadə edənlərin sayı müəyyən dərəcədə azalacaq. Bunun nəticəsində bəzi istiqamətlərdə nəqliyyat sıxlığının bir az azalması gözləniləndir, amma bütövlükdə Bakını tıxaclardan azad etməyəcək.
Pandemiyadan əvvəlki dövrlərdəki tıxaclar yenə də olacaq".