Daha 6 qazinin əməliyyat xərclərini "YAŞAT" Fondu  qarşıladı

"YAŞAT" Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Elnur Bədirovun, Rahil Mahmudovun, Emil Şəmmədovun, Uğur Əliyevin, Fərhad Həsənovun və Nicat Əmirlinin əməliyyat xərcləri qarşılanıb.

Bu barədə "OLAYLAR"-a Fonddan məlumat verilib.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31