Məlahət İbrahimqızı: “Azərbaycanda "Analar günü"nün qeyd olunması yaxşı olardı”

Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlametin bu gün keçirilən plenar iclasında təkliflə çıxış edib. "Olaylar" xəbər verir ki, deputat öncə may ayının ən əlamətdar tarixi hadisələrlə zəngin olduğunu diqqətə çatdırıb: "10 may dahi lider Heydər Əliyevin doğum günü və 28 may Şərqdə ilk cümhuriyyətin yaranması günüdür".

Məlahət İbrahimqızı dünyada analar gününün qeyd edildiyini bildirib: "Qardaş Türkiyədə analar günü milli bayram günü kimi qeyd olunur. Azərbaycan xalqının dəyərlərində ana müqəddəs varlıqdır. Şəhid analarımız baş tacimizdi. Üzeyir Hacıbəyov Cəlil Məmmədquluzadə kimi mütəfəkkirkərin analarının ruhu qarşısında baş əyirik. Ona görə də analar gününün təsis edilməsini təklif edirəm. Bu çox yaxşı olardı"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31