Deputat fermerlərin problemlərindən danışıb
25 May 2021 11:30 SosialMilli Məclisin deputatı Elman Nəsirli seçicilərinin üzləşdiyi problemdən söz açıb. "Olaylar" xəbər verir ki, deputat parlamentin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı Cəlilabad rayonunda yaşayan fermerlərin məsələsini qaldırıb: "Cəlilabad fermerləri həyəcan təbili çalır. Onlar kartof məhsullarını Rusiya bazarına çıxarda bilmirlər. Samux gömrük postunda günlərlə məhsullar yolda qalır və məhv olur".
Deputat Gömrük komitəsindən bu məsələyə münasibət bildirmələrini xahiş edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31