EkoAvrasiya rəhbəri Hikmet Eren general Polad Həşimovun anası ilıə görüşüb
25 May 2021 11:27 SosialAzərbaycanda keçirilən "Türkiyə-Azərbaycan Könül Elçiləri" adlı tədbirdə iştirak etmək üçün ölkəmizə səfərə gələn Avrasiya İqtisadi Əməkdaşlıq Birliyinin (EkoAvrasiya) rəhbəri Hikmet Eren səfər çərçivəsində bir sıra görüşlər də keçirib. "OLAYLAR" xəbər verir ki, səfər çərçivəsində Sumqayıta gedən Hikmet Eren 2020-ci ilin avqust ayında Ermənistanın hücumu nəticəsində şəhid olmuş general Polad Həşimovun anası Səmayə Həşimova ilə görüşüb. EkoAvrasiya rəhbəri Səmayə Həşimovaya başsağlığı verib, general Polad Həşimovun hər birimiz üçün qürur mənbəyi olduğunu söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31