Bakıda avtomobil divara çırpılıb, ölən var
25 May 2021 10:29 SosialBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Olaylar.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Renault" markalı minik avtomobili divara çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Vahidov Elşad Nizami oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31