Səfir Cahit Bağçı EkoAvrasiya üzvləri ilə görüşüb

Avrasiya İqtisadi Əməkdaşlıq Birliyi (EkoAvrasiya) başqanı Hikmət Eren və dərnək üzvləri mayın 24-də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüblər.

"OLAYLAR" Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, görüş zamanı mayın 24-28-i tarixlərində Bakıda keçiriləcək "Türkiyə-Azərbaycan Könül Elçiləri" adlı tədbir barədə də səfir Cahit Bağçıya məlumat verilib.

Qeyd edək ki, sözügedən tədbir Yurtdışı Türklər və Akraba Topluluqlar Başqanlığının dəstəyi, Həsən bəy Zərdabi İrsi Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31