15 yaşlı qızları zorlamaq istəyən kişi həbs olundu - VİDEO

 

 

Krasnodarda (Rusiya) iki 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlərə yol verən 45 yaşlı şəxs tutulub.

Milli.Az xəbər verir ki, bununla bağlı məlumat vilayətin polis idarəsinin saytında yerləşdirilib. İstintaqın versiyasına görə, qızları küçədə görən şəxs onları yaxınlıqda olan uşaq bağçasının yanına getməyi tələb edib. Onlara qarşı iyrənc hərəkətlərə yol verərək qaçıb gizlənib. Evdə qızlar valideynlərinə bu barədə məlumat veriblər. Həmin şəxsə qarşı iki maddə üzrə cinayət işi qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31