Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi
22 Aprel 2021 16:52 SosialDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarının nəticələrinin elan ediləcəyi vaxt açıqlanıb.
DİM-dən verilən məlumata görə, aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31