COVID-19-dan sağalan gənclərdə bu xəstəliklər yarana bilər - XƏBƏRDARLIQ
20 Aprel 2021 10:00 Sosial"Koronavirus infeksiyasını keçirən gənc insanlarda sağaldıqdan 2-3 ay sonra ürək və damar problemləri yaranır".
Olaylar.az xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verlişində qonaq olan həkim Samir Əsgərov bildirib.
"Bu, təngnəfəslik, ürək döyünmələri, qəfil halsızlıq, tez yorulma kimi hallar, təzyiqin qalxması və düşməsi kimi şikayətlərlə özünü göstərir. Bundan qorunma məsələsinə gəldikdə isə deyə bilərəm ki, dəfələrlə deyildiyi kimi məsafəni saxlamaq lazımdır.
Ola bilər ki, biz 5 saat öncə analiz verək və nəticəsi neqativ çıxar. Ancaq kiminləsə kontaktda olduğumuz zaman yoluxa bilərik. Yoluxduğumuz zaman isə digərlərini də yoluxdura bilərik", - deyə həkim əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31