Qənirə Paşayeva qəhrəman şəhidimiz Rəhman Məmmədovun valideynləri ilə görüşüb
13 Mart 2021 11:18 SosialMM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Rəhman Məmmədovun valideynləri ilə görüşüb, qəhrəman şəhidlərimiz hər zaman sevgi və sayğı ilə anılacaq deyib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Rəhman Məmmədovun atası Natiq Məmmədov və anası Səadət Məmmədova ilə görüşüb, onun həyat və döyüş yolu ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
"Əziz şəhid atası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Rəhman Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il Aprel Döyüşlərində də iştirak etmiş Rəhman, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan əks-hücum zamanı döyüşlərdə olub, sonadək mərdliklə savaşıb, şəhid olub.
Rəhman Məmmədov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.
O, həmçinin "Xocavəndin azad olunmasına görə" medalına layiq görülüb.
Rəhman kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün Sizə öz dərin təşəkkürümüzü yetiririk"!
Qəhrəman şəhidimizin ailəsinə komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə Millət vəkili Ceyhun Məmmədov, RHİM İB sədri Arzu Bağırova da iştirak edib və ürək sözlərini bölüşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31