Yaponiyada yeni koronavirus ştammı aşkar edildi
12 Mart 2021 15:30 SosialYaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi fevral ayında Filippin adalarından ölkəyə gələn kişidə daha əvvəl bilinməyən koronavirus ştammına yoluxma aşkar edib.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata görə, bu ştamm da daha əvvəl Böyük Britaniya, Cənubi Afrika və Braziliyada aşkar edilmiş mutasiya nümunələri qədər təhlükəlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31