Bill Qeyts: Bitcoin ilə “oynamayın”
25 Fevral 2021 13:52 Sosial"İlon Mask qədər pulunuz yoxdursa, ehtimal ki, diqqətli olmalısınız", - deyə "Microsoft" korporasiyasının qurucusu Bill Qeyts investorlara xəbərdarlıq edib.
Qeytsin sözlərinə görə, kriptovalyuta almaq həvəsində olanların əksəriyyəti sərbəst kapitalı olmayan insanlardır.
"İlonun çoxlu pulları var və o, qabaqcıl insandır, buna görə də onun bitcoinə sərmayə qoyması məni narahat etmir. Lakin düşünürəm ki, onunla eyni miqdarda pula sahib olmayan insanlar da bu cür manipulyasiyalara uyurlar", - deyə milyarder qeyd edib.
"Microsoft"un qurucusu bitcoinə inanmadığını söyləyir. Onun fikrincə, adətən milyarderlər cəmiyyətə fayda verəcək şeylərə sərmayə qoyur, bitkoin isə çox miqdarda enerji sərf edir və nəticədə ekologiyaya zərər verir. Lakin buna baxmayaraq, Qeyts rəqəmsal valyutaları yaxşı texnologiya hesab edir.
iki sahil