Daha bir rayonda yollar buz bağladı: Avtomobillərin hərəkəti çətinləşdi
25 Fevral 2021 09:44 SosialKəskin hava şəraiti ilə əlaqədar Biləsuvar rayonunda avtomobillərin hərəkəti məhdudlaşıb.
Olaylar.az-ın məlumatına görə, qarın yağması nəticəsində rayon ərazisindəki avtomobil yolları buz bağlayıb.
Bu səbəbdən nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.
Qeyd edək ki, hazırda rayon ərazisində mənfi 4 dərəcə şaxta var, qarlı hava şəraiti davam edir. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31