Goranboyda nənə və nəvə qazdan zəhərləndi
25 Fevral 2021 09:41 SosialGoranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib.
Olaylar.az xəbər verir ki, hadisə axşam saatlarında Balakürd kəndində baş verib.
1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası səbəb olub. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31