Qarda yıxılaraq xəsarət alanların sayı 64-ə çatdı

Fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər (35 kişi, 29 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31