İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan VACİB AÇIQLAMA

Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır.

Məsələni aydınlaşdırmaq üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlanılıb. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hələ ki, heç bir məhdudiyyətin olmadığını bildirdi. M.Ağayev avtobus sayının artırlması ilə bağlı məsələyə də aydınlıq gətirdi:

"Bu gün və sabah nəqliyyatın hərəkəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Hazırda avtobus sayının artırılmasına ehtiyac yoxdur. Yolların buz  hissəsi təmizlənərsə gecikmə halları müşahidə olunmayacaq".

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31