AMEA-nın yaşı 65-dən çox olan əməkdaşları peyvənd olunub
24 Fevral 2021 16:30 SosialAzərbaycan Milli Elmlər Akademiyasının 400-dən çox əməkdaşı COVİD-19 virusuna qarşı peyvənd olunub.
Akademiyadan verilən məlumata görə, vaksinasiyada yaşı 65-dən çox əməkdaşlar iştirak ediblər. Vaksinasiya TƏBİB-in modul tipli xəstəxanasında həyata keçirilib:
"400-dən artıq əməkdaşımız peyvənd olunub və heç bir fəsadla rastlaşmayıblar. Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31