Yollar buz bağladı, çörək qıtlığı yaşandı

Bakıda yolların buz bağlaması səbəbilə çörək qıtlığı yaşanıb.

Olaylar.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu problem xüsusilə Bakıətrafı qəsəbələrdə müşahidə olunur.

Bildirilir ki, avtomobillər hərəkət edə bilmədiyi üçün mağazaların bir çoxuna çörək çatdırmaq mümkün olmayıb.

Problemin nə vaxt həllini tapacağı bilinmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31