Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 22-yə çatdı
24 Fevral 2021 14:06 SosialBu gün saat 13:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.
Qeyd edək ki, bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Modern.az-a bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31