ÜST-dən ŞAD XƏBƏR: 6 həftə ərzində...
24 Fevral 2021 15:25 SosialDünyada yeni tip koronavirusa yoluxma hallarının sayı əvvəlki həftəyə nisbətən 15-21 fevral həftəsində 11%, ölümlər isə 20% azalıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə nəşr olunan həftəlik epidemioloji bülletenində bildirilir.
Qeyd olunur ki, yoluxmanın azalması ardıcıl 6 həftədir ki, davam edir. Son 1 həftədə yoluxmanın ən nəzərəçarpan azalması Amerika (19%), Qərbi Sakit Okean bölgəsi (9%), Avropa (7%) və Şərqi Aralıq dənizində (7%) qeydə alınıb. Bu bölgələrdə ölüm də azalıb - müvafiq olaraq 23, 6, 19 və 3%.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31