Yol polisindən nümunəvi hərəkət - FOTO
24 Fevral 2021 12:19 SosialÖtən gecədən yağan güclü qar Bakıda nəqliyyatın hərəkətində problemlər yaradıb.
Olaylar.az Milli.Az-a istinadən bildirir ki, Bakının əsas küçə və yollarına xüsusi texnika ilə qum və duz səpilsə də, şaxtalı hava şəraiti yolların yenidən buz bağlamasına səbəb olub.
Belə şəraitdə polis əməkdaşının nümunəvi hərəkəti diqqət çəkib. Belə ki, Bakı şəhər icra hakimiyyətinin qarşısındakı yolayrıcında dayanan polis əməkdaşı marketdən öz hesabına aldığı duzu yerə səpməsi diqqətdən yayınmayıb.
Fotoları təqdim edirik:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31