2012-ci ildən bəri Bakı belə qar görməyib - 12 saatdır dayanmadan yağır
24 Fevral 2021 11:25 SosialSon illər Bakıda fevral ayında belə kəskin hava şəraiti qeydə alınmamışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb. Nazirlikdən deyilib ki, son 9 ildə Bakıda ən aşağı temperatur göstəricisi qeydə alınıb. 2012-ci ildə havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub ki, bu da indiyə kimi rekord göstərici idi. Bu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir.
Fevralın 25-i səhər saatlarında -4 və -5 dərəcə şaxta, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31