Vətən müharibəsi iştirakçısı özünü meşədə asdı

Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib. "Olaylar" xəbər verir ki, hadisə Yardımlı rayonunda baş verib. Belə ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib. İntihar zamanı o döyüşdə geyindiyi hərbi formada olub. Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31