Sürüşərək dərəyə aşan maşın bir neçə hissəyə bölünüb

Bakının Yasamal rayonunda avtomobilin aşması nəticəsində sürücü ölüb. "Olaylar" xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb."NAZ" markalı avtomobili idarə edən sürücü 1987-ci il təvəllüdlü Hacıyev Orxan Zahir oğlu yolun buzlu olması səbəbindən avtomobilə nəzarəti itirib. Maşın dərəyə aşaraq bir neçə hissəyə bölünüb. Sürücü hadisə yerində ölüb. Meyit morqa təhvil verilib. Avtotexniki ekspertiza təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31