Pandemiyanın sona çatacağı tarix AÇIQLANDI
24 Fevral 2021 10:46 Sosial"Koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq". "Olaylar" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe "DR" Danimarka televiziyasına açıqlamasında bildirib. Üst rəsmisinin sözlərinə görə, bu, onun subyektiv fikri olaraq, sadəcə, proqnozdur: "İndiyə qədər heç kim vəziyyətin necə inkişaf edəcəyini dəqiq deyə bilməz. Ən pis ssenari arxada qaldı. Virus insanı tərk etməyəcək, lakin məhdudlaşdırmalara da ehtiyac qalmayacaq və göstərilən tarixə qədər yox olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31