Avtobus sürücülərinə göstəriş verildi
24 Fevral 2021 10:42 SosialMövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Bildirilib ki, bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə sms məlumatlandırma vasitəsilə göstəriş verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31