Sumqayıt-Bakı qatarı qara görə gecikib

Qarlı hava şəraiti ilə əlaqədar Sumqayıt-Pirşağı-Bakı qatarı gecikib. "Olaylar" xəbər verir ki, 07:40-da yola düşməli olan qatar yolların qarlı olması səbəbindən 07:52-də yola düşüb. Nəticədə stansiyalar arası intervallar artıb. Eləcə də 07:50 və növbəti qatarlar da Sumqayıt stansiyasından gec çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31