Bir ayda 2722 nəfərə pensiya təyin olunub
24 Fevral 2021 11:01 Sosial2021-ci ildə pensiya təyin olunan şəxslərin sayı açıqlanıb. Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. R.Mehdili qeyd edib ki, 2021-ci ilin yanvarında 2722 nəfərə proaktiv qaydada pensiya təyin olunub: "Bunun 2673 nəfəri yaşa görə, 49 nəfəri isə əilliyə görə pensiya təyinatının payına düşür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31