Bakıda 5 nəfərin ölüm səbəbi məlum oldu - RƏSMİ AÇIQLAMA
23 Fevral 2021 15:09 SosialXəbər verdiyimiz kimi, Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb.
Olaylar.az xəbər verir ki, Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, ölənlərin dəm qazından boğulduğu ehtimal edilir.
Vəfat edənlərdən 4-ü tələbə, birinin isə usta olduğu deyilir. Tələbələrdən ikisi Şəmkir rayonundandır.
(redaktor.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31