Bank kartından oğurluq edən şəxs saxlanıldı
23 Fevral 2021 14:03 SosialQaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də Cəlilabad rayon sakini N.Həsənovun bank kartından 790 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Mehdizadə saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumatada bildirilib. Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 20-də şəhər ərazisindəki inzibati binaların birində quraşdırılmış "E-manat" ödəmə terminalının sındırılması müəyyənləşib. Oradan 369 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Hüseynov saxlanılıb. Hər iki fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31