Buğdanın idxalı və satışı daha 3 il vergidən azad olundu
23 Fevral 2021 13:58 SosialAzərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il vergidən azad olunacaq. "Olaylar" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.Başqa sözlə, vergidən azadetmə 2024-ci ilədək davam edəcək.
Digər bir dəyişikliklə isə kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır. Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilib. Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31