Milli Məclis “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunu təsdiq edib
23 Fevral 2021 12:28 SosialMilli Məclisin fevralın 23-də keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, müzakirələrdə deputatlar sənədin əhəmiyyətindən bəhs edib, Anlaşma Memorandumunun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıblar. Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqlənib. Qeyd edək ki, bu sənəd cari il yanvarın 21-də imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31