Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək
23 Fevral 2021 12:26 SosialAzərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək. "Olaylar"ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək. Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31