Deputatın qaldırdığı məsələyə reaksiya verilmir
23 Fevral 2021 12:02 Sosial"Neçə vaxtdır ki, karantin rejimilə bağlı məsələləri qaldırırıq. Ancaq heç kim reaksiya vermir. Sanki bu məsələlər heç kimin vecinə deyil". "Olaylar" xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən edib. Deputat qeyd edib ki, hansısa yerlərin bağlı olmasına görə heç kimdən əks reaksiya da ala bilmirsən: "Söhbət insanların yoxsullaşmasından gedir. Heç olmasa yığışın deyin ki, "istəyirik camaat yoxsullaşsın". Deyin ki, "istəyirik demoqrafiq vəziyyət dəyişsin, əhalinin sayı azalsın". Heç bunu çıxıb deyən yoxdur. Neçə gündür ki, bu məsələləri qaldırırıq, ancaq reaksiya verən yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31