Jurnalist Süleyman İsmayılbəylinin Xocalı dəhşətləri barədə yazısı növbəti dəfə xarici mediada

"OLAYLAR" qəzetinin müxbiri, Əməkdar jurnalist Süleyman İsmayılbəylinin Xocalı soyqırımı barədə yazısı daha bir xarici mediada işıq üzü görüb. "OLAYLAR"-ın xəbərinə görə, Süleyman İsmayılbəylinin ermənilərin 29 il əvvəl Xocalıda törətdikləri vəhşiliklərlə bağlı növbəti məqaləsi suriyeturkmenleri.com saytında dərc edilib. Müəllif yazıda erməni separatçıları və terrorçularının 1992-ci il, fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri soyqırım barədə ətraflı məlumat verərək həmin hadisə zamanı yüzlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, bir o qədər insanın müxtəlif dərəcəli xəsarət aldığını diqqətə çatdırır.

Məqalədə həmçinin təəssüf hissi ilə o da qeyd edilir ki, bu illər ərzində Xocalıda insanlıq əleyhinə cinayət törədən şəxslər cəzasız qalıb və beynəlxalq təşkilatlar, tribunalar, məhkəmələr buna səssizlik nümayiş etdiriblər.

Müəllif sonda əmin olduğunu bildirib ki, Xocalı soyqırımını törədənlər tezliklə öz layiqli cəzalarını alacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31