Deputat qazilərin məişət şəraitinin yaxşılaşdırılmasını təklif etdi

"Qəzalı vəziyyətdə yaşayan şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sürətli fəaliyyət həyata keçirilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin fevralın 23-də keçirilən iclasında deputat Əli Məsimli deyib. Deputat bildirib ki, müharibədə yaralanan qazilərin müalicəsində bürokratik əngəllərin, formalizmlərin aradan qaldırılmasına ehtiyac var: "Bunun təmin edilməsi istiqamətində də addımların atılması vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31