Deputatdan Xocalı QURBANLARI ilə bağlı təklif- memorial kompleksi ucaldılsın

"Təklif edirəm ki, gələcəkdə işğaldan azad edilmiş yerlərdə Xocalı soyqırımı ilə bağlı memorial kompleksi ucaldılsın". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hicran Hüseynova deyib. Deputat bildirib ki, Xocalı soyqırımı ilə bağlı həyata keçirilən ən mühüm işlərdən biri Heydər Əliyev Fondunun fəaliyyətidir: "Lakin bununla yanaşı, hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik. Bizim bir çox dostluq qrupumuz Xocalı soyqırımı ilə bağlı müraciətlər ünvanlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31