Deputat qazilərə sənəd verilməsi mexanizminin sadələşdirilməsini təklif etdi

Qazilər üçün lazım olan sənədlərin alınması mexanizmini asanlaşdırmaq lazımdır. "Olaylar" xəbər verir bunu Milli Məclisin fevralın 23-də keçirilən iclasında deputat Nigar Arpadarai deyib. Deputat bildirib ki, vətən müharibəsində iştirak edən qazilərimiz bilməlidir ki, dövlət onların qayğısına qalır: "Həmin o yaralılar, qazilər sənəd almaq üçün dəfələrlə gedib-gəlməli deyillər. ASAN Xidmət kimi bir mexanizm qurula bilər. Bizim kifayət qədər könüllülərimiz var. Bu sənədləri könüllülər vasitəsilə də qazilərin evlərinə göndərmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31