Stilist Balaşın ölüm səbəbi bəlli oldu - FOTO

Dünən dünyasını dəyişən stilist Balaşın ölüm səbəbi bəlli olub.

Olaylar.az xəbər verir ki, müğənni Nadir Qafarzadə İnstaqram hesabında foto paylaşaraq mərhumun bacısı müğənni Xatun Əliyevaya baş sağlığı verib: "İlk imicimdə dəyişilik edən insan. Allah sənə rəhmət eləsin! Axır qəminiz olsun".

Müğənni daha sonra rəy bölümündə stilistin ölüm səbəbi haqda yazıb: "Eşitdiyimə görə, qan xərçəngi (Leykoz) idi"-deyə, qeyd edib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31